“Qanımızla, canımızla Azərbaycanın yanındayıq” - MHP lideri

 “Qanımızla, canımızla Azərbaycanın yanındayıq” -    MHP lideri
  27 Sentyabr 2020    Oxunub:2871
Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur.

Azvision.az xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Ermənistanın bu gün səhər saatlarında qardaş ölkə Azərbaycanın hərbi birləşmələrinə və mövqelərinə qarşı həyata keçirdiyi hücumlar düşmənlikdir, yeni bir qanlı səhifənin açılması deməkdir. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur. Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq”, - deyə MHP lideri vurğulayıb.

Azvision.az



Teqlər: DövlətBaxçalı  





Xəbər lenti