Hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edildi - YENİLƏNİB

  27 Sentyabr 2020    Oxunub : 6628
 Hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edildi -  YENİLƏNİB
Bu gün Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilib.
Azvision.az-ın məlumatına görə, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

Azvision.az

Teqlər: Milli-Məclis