“Tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaq”

  27 Sentyabr 2020    Oxunub : 2291
“Tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaq”
“Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqları mənfur qonşumuz olan Ermənistan tərəfindən işğal olunub. Təəssüflər olsun ki, BMT-nin 4 qətnamasi olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu problemin həllində susur”.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq platformalarda Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini həmişə çatdırıb: “Elə son günlər ölkə başçısı BMT-nin 75 illik iclaslarında və debatlarında da iştirak edərək Aərbaycan həqiqətlərini bir daha səsləndirdi və ermənilərin yeni müharibəyə hazırlaşdığını vurğulayaraq baş verə biləcək bütün toqquşmada bütün günahın, təqsirin erməni tərəfində olacağını bildirdi. 3 gün keçdi və biz yenidən erməni təxribatının şahidi olduq. İyul və avqust aylarındakı təxribatların davamı olaraq ermənilər bu gün təxribat törətdilər. Mülkü Azərbaycan əhalisini əhalini atəşə tuturlar, yaralananlarımız var. Bizim artqı səbrimiz tükənib. Bütün bunları nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı”.

N.Həmzəyev qeyd edib ki, bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir: “Tam haqqımız çatır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək. Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişə bölgələlərindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik. Bu, təhqirlərə son verilməlidir.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücüm əməliyyatını uğurla başa çatdıracağına əminliyini ifadə etdi: “Bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Dövlət başçısı bizim mübarizəmizin haqq yolunda və haqlı olduğunu vurğuladı. Qarabağ Azərbaycandır dedi və qələbənin bizim olacağını söylədi. Bütün xalq Ali Baş Komandadın ətrafında birləşib. Biz Ordumuza güvənirik, ehtiyatda olan yüz minlərlə zabit və əsgərimiz var.

Hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun. Xalq, ordu, dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində işğal olunan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq.

Azvision.az

Teqlər: Deputat