İlham Əliyevin xalqa müraciəti Rusiya mətbuatında
TASS, “İnterfaks”, “RBK” agentlikləri, xəbər resursları Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin ölkəmizin hərbçilərini və mülki əhalisini atəşə tutması, Azərbaycanın mülki əhalisi arasında itkilərin olması, Ermənistanın region üçün təhlükə yaratması, Azərbaycanın öz maraqlarını müdafiə etməsi barədə dediklərini oxucularına çatdırıb.
Rusiya KİV-lərinin materiallarında Prezidentin “Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” sözləri yer alıb.
Azvision.az