Cocuq Mərcanlıda elektrik yarımstansiyası sıradan çıxıb

Cocuq Mərcanlıda elektrik yarımstansiyası sıradan çıxıb
  27 Sentyabr 2020    Oxunub:3739
Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, kənddə elektrik enerjisi kəsilib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə bağlı yaydığı yeni məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Azvision.az


Teqlər: CocuqMərcanlı  





Xəbər lenti