Hərbi ekspert: Ermənilərin yaydığı video saxtadır

  Hərbi ekspert:  Ermənilərin yaydığı video saxtadır
  27 Sentyabr 2020    Oxunub:3712
Ermənistan tərəfinin paylaşdığı videokadrların bu gün başlayan hərbi əməliyyatlarla əlaqəsi yoxdur. Burada əks olunan hərbi vasitələrin vurulması həm ərazi baxımından, həm də taktiki baxımdan həqiqəti əks etdirmir.
Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, zirehli vasitələrin hücumu və ya əks hücumu zamanı həmin vasitələrin bölmələrin hücum xətlərinə açılması, düşmənin ön xəttindən bir neçə kilometr aralıda baş verir.

"Hücum zamanı tankların lüləsinin fərqli istiqamətə yönəlməsi isə ağlabatan addım deyil. Tankın məhv edilməsi kadrları böyük ehtimalla başqa zamanda və başqa məkanda lentə alınıb və ya montaj vasitəsilə əldə olunub. Əvvəllər də Ermənistan tərəfinin bu tip metodlardan istifadəsi faktları ilə qarşılaşmışıq. Ermənistan bu əməliyyatların əhəmiyyətini azaltmaq, Azərbaycan Ordusunun əldə etdiyi ərazilər və onlarla erməni hərbçisinin itirilməsi fonunda işğalçı orduya mənəvi psixoloji dəstək vermək məqsədi daşıyır. Heç bir halda ərazilərin yarılmasından öncə zirehli texnikalar açıq ərazidə düşmənin atəş zonasında yerləşdirə bilməz. Hesab edirəm ki, günün sonuna qədər azad ediləcək ərazilər haqqında yayılan məlumatlar erməni tərəfinin bu feyk informasiyalarının təsir radiusunu tam məhdudlaşdıracaq".

Azvision.az


Teqlər: Ədalət-Verdiyev   Ekspert  





Xəbər lenti