“Ermənilərin hücumu 41-ci ilin səhərini xatırlatdı” - Oleq Kuznetsov

  27 Sentyabr 2020    Oxunub : 2927
   “Ermənilərin hücumu 41-ci ilin səhərini xatırlatdı” -   Oleq Kuznetsov
“Bazar günü səhərə yaxın ermənilərin Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi endirdiyini eşidəndə qeyri-ixtiyari yadıma 22 iyun 1941-ci ildə Hitler Almaniyasının eyni qaydada, xaincəsinə Sovet İttifaqına necə hücum etməsi düşdü. Hərçənd, nasist Qaregin Njdenin ideya ardıcıllarından başqa şey gözləməyə də dəyməzdi”.
Azvision.az xəbər verir ki, bu sözləri rusiyalı qafqazşünas-tarixçi, publisist Oleq Kuznetsov öz feysbuk səhifəsində yazıb.

O, bildirib ki, tarix nasizm və faşizmin həmişə aqressiya yolu ilə getdiyini sübut edib. “2020-ci ilin sentyabrın 27-də ermənilərin törətdikləri gec-tez baş verəcəkdi, çünki bu, Ermənistanda illərdir qurulan nasist rejiminin mahiyyətindən doğur”,- Kuznetsov yazıb.

“Azərbaycan öz ərazisində, öz torpaqları uğrunda savaşmağa məcburdur, o, ədalətli və haqlı müharibə aparır. Ümid edirəm ki, bu savaş uğurlu Vətən Müharibəsi kimi tarixə düşəcək. Mən Azərbaycan Silahına və mərd Azərbaycan xalqına qələbə arzulayıram”,- deyə tanınmış tarixçi qeyd edib.

Azvision.az

Teqlər: OleqKuznetsov