MN: Rəsmi olmayan məlumatlardan istifadə etməyin!

   MN: Rəsmi olmayan məlumatlardan istifadə etməyin!
  27 Sentyabr 2020    Oxunub:2920
“Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək”.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq", - deyə MN rəsmisi bildirib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti