ÜST: 2 milyon insan koronavirusdan ölə bilər

     ÜST:  2 milyon insan koronavirusdan ölə bilər
  26 Sentyabr 2020    Oxunub:2655
Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 1 milyona yaxınlaşır. Lakin pandemiya qurbanlarının sayı 2 milyona çata bilər.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan bildirib.

Onun sözlərinə görə, COVID-19 peyvəndinin hazırlanmasına bundan sonra təxminən 9 ay vaxt gedə bilər. Bu müddət ərzində daha 1 milyon insanın vəfat etməsi mümkündür.

Azvision.az



Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti