Pandemiya dövründə 460 nəfər ev dustaqlığına buraxılıb

Pandemiya dövründə 460 nəfər ev dustaqlığına buraxılıb
  25 Sentyabr 2020    Oxunub:3559
Cari ilin ötən dövründə 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib ki, 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir.
Azvision.az -ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, pandemiya dövründə həmçinin, 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Azvision.az


Teqlər: Fikrət-Məmmədov  





Xəbər lenti