Akif Qurbanov direktor müavini təyin edildi

Akif Qurbanov direktor müavini təyin edildi
  25 Sentyabr 2020    Oxunub:7909
Akif İrzaxan oğlu Qurbanov TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Azvision.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb üzrə elmlər doktoru, professor A.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasıda dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.

Azvision.az


Teqlər: TƏBİB   Akif-Qurbanov  





Xəbər lenti