Azərbaycanla Pakistan arasında birbaşa reys açılacaq

  25 Sentyabr 2020    Oxunub : 3626
 Azərbaycanla Pakistan arasında birbaşa reys açılacaq
Pakistanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının daha da inkişafı zəruridir.
Azvision.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı yeni səfiri Bilal Haye jurnalistlərlə görüşdə deyib.

O bildirib ki, iki ölkə arasında inkişaf etdirilməli olan başqa bir sahə turizmdir. Ötən il Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb: "Azərbaycan gözəl ölkədir. Biz qarşılıqlı olaraq bu sahədə əməkdaşlığımızı inkişaf etdirə bilərik".

Diplomat vurğulayıb ki, əsas prioritetlərdən biri pandemiyadan sonra iki ölkə arasında birbaşa reysin açılmasıdır: "Biz dost ölkələrik və birbaşa reysin olması çox mühümdür. Bu, biznes əlaqələrinin inkişafına dəstək verəcək, insanlar arasında əlaqələri artıracaq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan