“Pakistan hər zaman Azərbaycanın yanındadır” - Yeni səfir

  25 Sentyabr 2020    Oxunub : 3615
 “Pakistan hər zaman Azərbaycanın yanındadır” -  Yeni səfir
Pakistanın Azərbaycandakı yeni səfiri Bilal Haye ölkəsinin "Qafqaz-2020" təlimlərində iştirakına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, səfir bildirib ki, Pakistan bu təlimlərdə Ermənistana görə iştirak etmir.

Səfir vurğulayıb ki, Pakistanın Rusiya və Çinlə yaxşı əlaqələri var, həmin ölkələrdə təlimlərdə iştirak edirlər.

Diplomat Pakistanın Ermənistanı dövlət kimi tanımadığını bir daha bəyan edib. Diqqətə çatdırıb ki, Pakistan hər zaman Azərbaycanın yanındadır: "Pakistan heç bir halda Azərbaycanla münasibətləri korlayan hər hansı addım atmaz".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan   Səfir