Azərbaycanda daha 101 nəfər COVID-19-a yoluxdu

 Azərbaycanda daha 101 nəfər COVID-19-a yoluxdu
  25 Sentyabr 2020    Oxunub:3686
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 101 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 39 min 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib. Aktiv xəstə sayı 1812 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 87 min 578 test aparılıb. Bugünkü test sayı isə 6705-dir.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti