Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
  25 Sentyabr 2020    Oxunub:1318
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zirə qəsəbəsinin Xəzər dənizi sahilində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə. araşdırma zamanı brakonyerin Rusiya Federasiyasının vətəndaşı Elxan Bağırov olduğu və təbiətə 1056 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”.

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Azvision.az



Teqlər: Balıq   Ov  





Xəbər lenti