Deputata yeni vəzifə verilir

 Deputata yeni vəzifə verilir
  25 Sentyabr 2020    Oxunub:1686
Parlamentin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.
Azvision.az xəbər verir ki, layihəyə əsasən, Fatma Vidadi qızı Yıldırımın Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri təyin edilməsi təklif olunur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Parlamentlərarası   İşçi   Qrup  





Xəbər lenti