Yetkinlik yaşına çatmayan 160 nəfər dilənçilik edirmiş

 Yetkinlik yaşına çatmayan 160 nəfər dilənçilik edirmiş
  25 Sentyabr 2020    Oxunub:1714
2020-ci ilin birinci yarısında yetkinlik yaşına çatmayan 2300 nəfər daxili işlər orqanlarına gətirilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bunlardan 291 nəfəri qız, 2009 nəfəri oğlanlardır.

Həmin şəxslərdən 860 nəfəri 14 yaşa qədər, 1440 nəfəri isə 14-17 yaşda olanlardır. Gətirilən şəxslərdən 338 nəfər məşğuliyyəti olmayanlar, 342 nəfəri təhsildən yayılanlardır.

Daxili işlər orqnalarına gətirilən yetkinlik yaşına çatmayanlardan 22 nəfər spirtli içki və başdumanlandırıcı maddələr qəbul edənlər, 3 nəfər narkotik və psixotrop maddələr qəbul edənlər, 46 nəfər valideyn himayəsindən məhrum olanlar, 9 nəfər atılmış və ya imtina edilmişlər, 160 nəfər dilənçilik edənlər, 15 nəfər küçələrdə yaşayanlardır.

Onlardan 267 nəfəri İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Dilənçi  





Xəbər lenti