Vəkilliyə namizədlərdən 93 nəfəri icbari təlimə buraxılıb

  25 Sentyabr 2020    Oxunub : 1085
Vəkilliyə namizədlərdən 93 nəfəri icbari təlimə buraxılıb
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 109 vəkilliyə namizəd peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib.
Vəkillərin Ixtisas Komissiyasından Azvision.az -a bildirilib ki, imtahanın nəticəsinə görə, Komissiyanın peşə yararlılığına dair rəyini almış 93 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

Qeyd edək ki, icbari təlimin vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: Vəkil   Namizəd   Təlim