Daha bir fırıldaqçıya cinayət işi açıldı

Daha bir fırıldaqçıya cinayət işi açıldı
  29 Yanvar 2014    Oxunub:1149
Şəki Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı Mingəçevir şəhər sakini Tural Məmmədovun Rəkanət Əhmədovanın etibarından sui-istifadə edərək əri Mirzə Əhmədovla birgə nikah müddətində alqı-satqı yolu ilə aldıqları mənzili mülkiyyətçilərinin notarial qaydada təsdiq olunmuş razılığı tələb olunduğu halda, Mirzə Əhmədovdan belə razılıq alınmadan və yalnız Rəkanət Əhmədovanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon ərazi idarəsindən çıxarış alınması üçün verdiyi etibarnamə əsasında başqa şəxsin götürdüyü kreditin təminatı kimi “Kapital Bank” ASC-nin Mingəçevir şəhər filialında girov qoymasında əsaslı şübhələr olduğundan fakta görə cinayət işi başlanıb.

Cinayəti işi Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə aparılır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti