Araşdırmalarla, həmçinin, Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla 3 şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Kamran Əliyev Suraxanıda vətəndaşlarla görüşüb |
Qeyd edilən qanunsuz hərəkətlərə görə Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir.
Azvision.az