Vaksin almaq üçün nə qədər vəsait xərclənəcək? - RƏSMİ

 Vaksin almaq üçün nə qədər vəsait xərclənəcək? -  RƏSMİ
  23 Sentyabr 2020    Oxunub:7679
“Gavi” tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dolları məbləğində proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 dollar hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 faiz hissəsinə görə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

Onun sözlərinə görə, COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb.

"Öhdəlikli satınalma variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir".

Azvision.az



Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti