“Vaksinlərin ölkəmizdə istehsalı mümkün görünmür” - TƏBİB

“Vaksinlərin ölkəmizdə istehsalı mümkün görünmür” -  TƏBİB
  23 Sentyabr 2020    Oxunub:4743
Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaricdən alınaraq Azərbaycana gətirilməsidir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür: “Nəinki Azərbaycanda, bir çox ölkələrdə mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.

TƏBİB sədri qeyd edib ki, aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər.

Azvision.az


Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti