Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradıldı -VİDEO+FOTOLAR
Elmi-Məsləhət Şurasının fəaliyyətinin təmin olunması üçün Baş Prokurorluq üzrə 18 sentyabr 2020-ci il tarixli əmrlə Şuranın 32 nəfərdən ibarət tərkibi təsdiq edilib, Şura üzvlüyünə prokurorluq əməkdaşları və prokurorluğun veteranları ilə yanaşı Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq kafedrasının, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsiziliyi Xidmətinin akademiyalarının nümayəndələri daxil olmaqla, elmi dərəcəsi, nüfuzlu beynəlxalq nəşrlərdə məqalə və kitabların müəllifi olan yüksək ixtisaslı və təcrübəli 14 hüquqşünas daxil edilib.
Vurğulanmalıdır ki, Elmi-Məsləhət Şurasının üzvlüyündə ümumilikdə 6 hüquq üzrə fəlsəfə doktoru və 5 hüquq elmləri doktoru təmsil olunublar. 22 sentyabr 2020-ci il tarixdə Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının ilk iclası keçirilməklə, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri müəyyən edilib, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Prezident yanında İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası və Naxçıvan Dövlət Universiteti ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair təkliflərin müzakirəsi aparılıb.
Tədbir zamanı Şuranın üzvləri ilə faydalı fikir mübadiləsi aparılmış, nəzəriyyə və praktikanın əlaqələdirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Bundan əlavə tədbirdə, “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası, götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair müstəntiqin məlumat kitabçası”nın, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə istintaq edilən işlərin istintaq taktikasına dair” və “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair” metodiki vəsaitlərin təqdimatı həyata keçirilb.
Azvision.az
Teqlər: Prokurorluq Elmi-Məsləhət-Şurası