Müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb
  23 Sentyabr 2020    Oxunub:1739
Bu gün müəssisələrdə valideyn himayəsindən məhrum olunmuş sağlamlıq imkanları məhdud uşaqların sayı 300 nəfərdir.
Azvision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, həmin uşaqların hamısı övladlığa verilmə üçün təklif edilmir:

“Onların bir neçəsi övladlığa verilə bilər. Qalan sağlamlıq imkanları məhdud uşaqların valideynləri var. Onların imkanları olmadığı üçün Bakıda reabilitasiya mərkəzlərinə verilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Övladlığaverilmə   Uşaq   Valideyn  





Xəbər lenti