Çavuşoğlu Ermənistana səsləndi: “Ağlınızı başınıza yığın!”

   Çavuşoğlu Ermənistana səsləndi:    “Ağlınızı başınıza yığın!”
  22 Sentyabr 2020    Oxunub:11555
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı “Twitter” hesabında paylaşım edib.

Azvision.az xəbər verir ki, Çavuşoğlu düşmən təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçumuzun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib:
“Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğluna Allahdan rəhmət, ailəsi və qardaş Azərbaycana başsağlığı verirəm. Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı davasında daim yanındayıq!”.

Azvision.az


Teqlər: Çavuşoğlu   Türkiyə   XİN  





Xəbər lenti