Gürcüstan Maliyə qoşun yeridəcək

Gürcüstan Maliyə qoşun yeridəcək
  19 Mart 2013    Oxunub:1140
Gürcüstan hərbiçiləri Avropa İttifaqının Mali missiyasında iştirak edəcək.
Gürcüstan və Avropa İttifaqı gürcü hərbiçilərinin qurumun Mali missiyasında iştirakının detallarını müzakirə edir. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda məsələnin təfərrüatları dəqiqləşdirilir. Qeyd edək ki, bu barədə ilk dəfə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Brüssel sammitində iştirakı zamanı bəyan edib. Nazir bildirib ki, Gürcüstan hökuməti avropalı tərəfdaşlarının təklifini qəbul etməyə hazırdır”.

Artıq danışıqlar başlayıb. Dəqiq məlumatla ictimaiyyətə danışıqlardan sonra bildiriləcək.

Qeyd edək ki, Mali missiyasında Avropa İttifaqının 16 ölkəsi və Norveç iştirak edir.


Teqlər:  





Xəbər lenti