İlham Əliyev Nepal Prezidentini təbrik edib

  İlham Əliyev Nepal Prezidentini təbrik edib
  18 Sentyabr 2020    Oxunub:3438
Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti xanım Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilir.

Dövlətimizin başçısı Nepalın Prezidentinə ən xoş arzularını yetirib, dost Nepal xalqına daim rifah və əmin-amanlıq arzulayıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti