İllik inflyasiya 2.8% oldu

 İllik inflyasiya 2.8% oldu
  18 Sentyabr 2020    Oxunub:4579
Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalıb, illik inflyasiya isə 2.8% təşkil edib.
Mərkəzi Bankdan Azvision.az -a verilən məlumata görə, aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib.

"Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.
Taleh Kazımov Qətər Mərkəzi Bankının sədri ilə görüş keçirib

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalmış, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti