Sumqayıta qatarla gündə nə qədər sərnişin daşınır?

Sumqayıta qatarla gündə nə qədər sərnişin daşınır?
  18 Sentyabr 2020    Oxunub:2995
Bakıdan Sumqayıta və əks istiqamətdə gedən qatarın fəaliyyəti məhdudlaşdırılmazdan əvvəl bu istiqamətdə gündəlik 4100-4300 sərnişin hərəkət edib. İndi isə sərnişin sayında nisbətən artım müşahidə olunur.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, gün ərzində Bakı-Pirşağı-Sumqayıt istiqamətində təxminən 5200, bəzən də 5500 sərnişin daşınır:

“Amma bu artımı körpüdə aparılan tikinti işləri və qatarların bu istiqamətə hərəkətinin dayandırlıması ilə əlaqələndirmək olmaz. Sərnişin sayına təsir göstərən əsas səbəblər vətəndaşların evdən sms icazə ilə çıxması qaydasının ləğvi, eləcə də sentyabrın 15-dən yeni dərs ilinin başlaması ilə əlaqədardır”.

Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarları avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: ADY   Qatar  





Xəbər lenti