Məktəblilərin cərəyan nəticəsində ölümü ilə bağlı cinayət işi açılıb |
İstintaqla “ŞA- Inşaatçı” MTK ilə bağlanmış müqaviləyə əsasən inşa olunan həmin binalarda liftlərin tam quraşdırılması, tənzimlənməsi, işə buraxılması, təhvil verilməsi işlərinin görülməsini öz üzərinə götürmüş “Real Lift Quraşdırma” MMC-də briqadir-elektromexanik işləyən Üzeyir Qarayevin texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tabeliyində olan işçiləri təhlükəsizlik texnikası qaydaları və əməyin mühafizəsi qaydaları üzrə təlimatlandırmalı, eləcə də, bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə, işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət etməli olsa da, qeyd edilən binanın lift kabinasının döşəməsinin təhlükəsizlik cihazlarla təmin olunmasını, kənarlarının çəpərlənməsini, eləcə də, yüksəklikdən yıxılmasının qarşısının alınması üçün işçilərin təhlükəsizlik kəmərindən və dəbilqədən istifadə edilməsini təmin etməyərək cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməməsi nəticəsində Abbas Sultanovun ehtiyatsızlıqdan ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Üzeyir Qarayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Azvision.az