Nazirlik və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib

  17 Sentyabr 2020    Oxunub : 2255
Nazirlik və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib
Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri "City Hospital"da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər.
Azvision.az APA-ya istinadən xəbər verir ki, TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, xəstənin vəziyyəti kafi qiymətləndirilir.

"Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmdə gedən metovalik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir".

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehtiyev də lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib: "Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyyə etdik".
AŞPA Tofiq Yaqublu barədə qərarı alqışladı

"Tofiq Yaqublu artıq 16 gündür ki, aclıq elan edib. Biz ona dəfələrlə aclığı dayandırmağı təklif etmişik". Bunu isə T. Yaqublunun vəziyyəti ilə bağlı danışan həkim Adil Qeybulla deyib.

"Mən T.Yaqublu ilə aramızda olan güvənin fonunda xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq versin, T.Yaqublu da razılaşdı. Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldu. Bütün dəstək müayinələri də davam etdirilir. Tofiq Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma üçün heç bir tələb olunmur, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki, ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır" deyə A. Qeybulla əlavə edib.

Azvision.az

Teqlər: Tofiq-Yaqublu   TƏBİB