TƏBİB COVID-19-a yoluxanlarla bağlı məlumat yaydı

   TƏBİB COVID-19-a yoluxanlarla bağlı məlumat yaydı
  17 Sentyabr 2020    Oxunub:3644
Azərbaycanda koronavirusla bağlı 17 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7601 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 35 min 286-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 112, süni tənəffüs cihazında olan xəstə sayı 9 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 38 min 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Aktiv xəstə sayı 1917 nəfərdir.



Azvision.az


Teqlər: Koronavirus   TƏBİB   Reanimasiya  





Xəbər lenti