Ağac kəsənlərin işi prokurorluğa göndərildi

Ağac kəsənlərin işi prokurorluğa göndərildi
  17 Sentyabr 2020    Oxunub:2709
Altıağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı parkın ərazisində çoxlu sayda müxtəlif cinsli ağacların kəsildiyi məlum olub.
Azvision.az -ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı ağacların milli parka yaxın ərazidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin ətrafında gecə saatlarında kəsildiyi və təbiətə 30240,78 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Azvision.az


Teqlər: ETSN   Prokurorluq   Ağac  





Xəbər lenti