“Qarabağdan danışaq” layihəsinə start verilib - VİDEO

“Qarabağdan danışaq” layihəsinə start verilib -  VİDEO
  17 Sentyabr 2020    Oxunub:3430
Diasporla İş üzrə Dövlət Komitəsi “Qarabağdan danışaq” adlı yeni layihəni təqdim edib. Layihə çərçivəsində Qarabağın mülki əhalisinin xatirələrinin videolentə alınması nəzərdə tutulur.
Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, televiziya layihəsinin ilk buraxılışı artıq “Diaspor TV”də yayımlanıb. Verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub böyüdüyü doğma şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və sair haqqında danışıb.



Komitə “Qarabağdan danışaq” verilişində xaricdə yaşayan azərbaycanlılarla bərabər, torpaqlarımızın işğalı nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızın xatirələrini də lentə alaraq Qarabağın mülki əhalisinin başına gətirilənləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir.

Azvision.az


Teqlər: Komitə   Qarabağ  





Xəbər lenti