Aktiv xəstə sayı 1917 nəfər oldu

Aktiv xəstə sayı 1917 nəfər oldu
  17 Sentyabr 2020    Oxunub:3560
Azərbaycanda bu günədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Aktiv xəstə sayı 1917 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti