“Bərpa olunası abidələrimiz çoxdur”

“Bərpa olunası abidələrimiz çoxdur”
  17 Sentyabr 2020    Oxunub:3179
Hazırda biz beynəlxalq təşkilatlarla, özəl sektorla işimizi gücləndirməliyik. TİKA ilə artıq ilkin görüşlərimiz olub. Onların bu sahədə maliyyə və təcrübələri var.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, özəl sektoru bura cəlb etmək üçün güzəştlərin edilməsi üzərində işlənməlidir.

Nazir müavini, həmçinin qeyd edib ki, bərpa olunası abidələrimiz çoxdur: “Biz bunun hamısını məhdud maliyyə resursları vasitəsilə ilə reallaşdıra bilmərik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Mədəniyyət   Komitə   Abidə  





Xəbər lenti