Daha bir komitə hesabat verəcək

  16 Sentyabr 2020    Oxunub : 2127
Daha bir komitə hesabat verəcək
Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda “2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə Hesabat” dinləniləcək.

Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

Azvision.az

Teqlər: Milli-Məclis   Komitə   İclas