Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürüldü
  28 Yanvar 2014    Oxunub:912
Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı “Azəri şəhid Orxan Rəhimullah” kimi təqdim olunub. Lakin onun soyadı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.

Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.


Teqlər:





Xəbər lenti