Ölkəmizdə koronavirusa ən az yoluxma haradadır? - STATİSTİKA

 Ölkəmizdə koronavirusa ən az yoluxma haradadır? -    STATİSTİKA
  14 Sentyabr 2020    Oxunub:7564
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,4, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti