Əli Əhmədov 61 yaşında

Əli Əhmədov 61 yaşında
  27 Yanvar 2014    Oxunub:1012
Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədovun doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Əli Əhmədov 61 yaşını qeyd edir.

Qeyd edək ki, Əli Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 1975-ci ildə Moskva Tarix İnstitutunu bitirib. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışıb.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Xətai rayonunun İcra Hakimiyyətinin başçısı olub. 2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. 2013-cü ildə Baş nazirin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Şöhrət ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilib.



Teqlər:  





Xəbər lenti