DİN-də yeni təyinat

DİN-də yeni təyinat
  26 Yanvar 2014    Oxunub:1019
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat edilib. AzVision.az “Aznews.az”-a istinadən xəbər verir ki,, əvvəllər bu vəzifəni tutmuş polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlunun yerinə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib.

Daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə vəzifəyə təyin edilən Ş.Əsədullayev kollektivə təqdim edilib.

Məlumatlara görə, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahkürür Paşazadənin qohumudur.


Teqlər:





Xəbər lenti