DQ komandanı Qubada

DQ komandanı Qubada
  25 Yanvar 2014    Oxunub:2452
Daxili Qoşunların komandanı Qubada yerləşən hərbi hissədə olub.
2014-cü ildə qarşıya qoyulan xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov yanvarın 25-də qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsində olub.
AzVision.az xəbər verir ki, Daxili Qoşunların mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hərbi hissə komandiri bütün xidmət sahələri üzrə mövcud vəziyyəti məruzə edərək, son illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini, müasir texnika və avadanlıqla təchiz olunduğunu, təlim-tədris prosesinin keyfiyyətlə həyata keçirildiyini deyib.

Daxili Qoşunlar komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə də yaxından tanış olub.
O, həmçinin hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin səhhəti ilə maraqlanmış, aparılan müalicənin yüksəldilməsi istiqamətində səylərin artırılmasını önə çəkib.
Nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər yataqxanalarına da baxılmış, qış mövsümünə uyğun olaraq otaqlarda temperatur rejiminin ciddi nəzarətə götürülməsi barədə tapşırıq verilib.

Sonra general-mayor Ş.Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi izləyib, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun keçirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Hərbi hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə komandanlığının diqqətinə çatdırılıb.

Daha sonra Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüş keçirib və onların fərdi qaydada müraciətləri dinlənilib.

Bir sıra məsələlərin yerindəcə həll olunması üçün müvafiq tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti