“Türkiyə “iki dövlət bir millət” prinsipinə əsaslanır”

  18 Mart 2013    Oxunub : 369
“Türkiyə “iki dövlət bir millət” prinsipinə əsaslanır”
“Türkiyə və Azərbaycan bütün çətinlikləri birgə həll etməyə çalışır”
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər nazirinin müavini Tunc Uğdul deyib.

“Türkiyə Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edir. Azərbaycanla Türkiyə qardaş ölkədir. Biz öz əlaqələrimizi regional əməkdaşlıq çərçivəsində həyata keçiririk”-deyə,T.Uğdul qeyd edib.

Onun sözlərinə görə, Türkiyə “iki dövlət bir millət” prinsipinə əsaslanararaq, Azərbaycanla işbirliynə davam edir.

“Azərbaycanın problemi bizim, Türkiyənin problemi isə Azərbaycanın problemidir. Bütün çətinliklərin öhdəsindən birgə gəlməyə çalışırıq”-deyə, XİN rəsmisi bildirib.

Teqlər: