Azərbaycan səfiri İran xəbər agentliyinə müsahibə verdi - FOTO

Azərbaycan səfiri İran xəbər agentliyinə müsahibə verdi - FOTO
  24 Yanvar 2014    Oxunub:1111
İranın Mehr xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirinin geniş müsahibəsini yayıb.
İranın Mehr xəbər agentliyi Azərbaycan Respublikasının bu ölkədəki səfiri Cavanşir Axundovun geniş müsahibəsini yayıb.

Səfir Azərbaycan dövlətinin xarici siyasətinin ayrı-ayrı istiqamətlərinə, ölkəmizin hərtərəfli inkişafına, Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərə, dövlətimizin regional proseslərə təsir imkanlarına, Azərbaycan-İran münasibətlərinin daha da genişləndirilməsi imkanlarına dair sualları cavablandırıb.

C.Axundov bildiribr ki, Azərbaycan Respublikası mehriban qonşuluq və səmimi dostluq siyasəti və çoxşaxəli inteqrasiya prosesi həyata keçirir.

Azərbaycanda insan hüquqları beynəlxalq qanunlar səviyyəsində qorunur və dini dözümlülük nümayiş etdirilir. Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması dövlətin siyasətində çox mühüm istiqamətdir. Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının dörd məlum qətnaməsini, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini əsas tutaraq münaqişənin sülh yolu ilə həllinə səylər göstərir. Lakin işğalçı Ermənistanın təcavüzkar niyyətlərini davam etdirməsi münaqişənin həllinə imkan vermir. Məhz işğalçı tərəfin aqressiv siyasəti və danışıqlarda qeyri-konstruktiv mövqe tutması nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün əsas təhlükə mənbəyi olaraq qalır.

Son illər əldə olunan uğur və nailiyyətlər barədə ətraflı məlumat verən səfir qeyd edib ki, Azərbaycan beynəlxalq forumlara, yüksək səviyyəli elmi konfranslara, mötəbər idman yarışlarına ev sahibliyi etməklə dünya xalqlarının, nüfuzlu beynəlxalq araşdırma mərkəzlərinin diqqətini özünə yönəldə bilmişdir. 2013-cü ildə keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkili, Forum iştirakçılarının elitar tərkibi, qaldırılan problemlərin ciddiliyi, müzakirə olunan məsələlərə beynəlxalq ictimaiyyətinin müsbət reaksiyası bu istiqamətdə görülmüş ən sanballı işlər sırasındadır.

Azərbaycanla İran arasında münasibətlərin inkişaf dinamikasının qorunduğunu diqqətə çatdıran səfir vurğulamışdır ki, ölkələrimiz və xalqlarımız bir-birinə tarixi tellərlə bağlıdır. Azərbaycan tərəfi İranla münasibətlərin inkişafına maraqlıdır və aydın mövqe nümayiş etdirir. Əlaqələrin daha da genişləndirilməsi üçün böyük perspektivlər mövcuddur.

Qalereya




Teqlər:  





Xəbər lenti