Süni tənəffüs cihazına qoşulanların sayı azaldı

  15 Avqust 2020    Oxunub : 4461
   Süni tənəffüs cihazına qoşulanların sayı azaldı
Azərbaycanda koronavirusla bağlı 15 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6041 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 826 min 43-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 192, süni tənəffüs cihazında olan xəstə sayı 34 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 34 min 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib. Aktiv xəstə sayı 1904 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya