Kafe və restoranlara ciddi nəzarət olunacaq

  Kafe və restoranlara ciddi nəzarət olunacaq
  15 Avqust 2020    Oxunub:3253
İaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə saat 09:00-dan 22:00-dək icazə verilir. Buna ciddi şəkildə nəzarət olunacaq.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, müştərilər təsərrüfat obyektinə maska ilə daxil olmalıdır.

"Bu, olmadıqda ya buraxılmamalı, buraxıldğı halda isə sahibkar tərəfindən maska ilə yerində təmin olunmalıdır".

S.Musayeva qeyd edib ki, qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq: "Müəyyən sahələr var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kafe   restoran  





Xəbər lenti