Hikmət Hacıyev: “Yumşalma prosesi başlayıb”

  15 Avqust 2020    Oxunub : 3407
     Hikmət Hacıyev:    “Yumşalma prosesi başlayıb”
Son günlər rəqəmlərdəki cüzi artım vətəndaşların aktiv həyatından asılıdır.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.
Onun sözlərinə görə, ölkələrdə koronavirusun yayılma tendensiyası öyrənilərək müvafiq açılmalar həyata keçirilir: "Bu, müvafiq qaydalar çərçivəsində baş verir. Bu gün ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi ilə bağlı qərar açıqlanıb".

H.Hacıyev daha sonra deyib: "Bir daha vətəndaşlardan karantin tələblərinə əməl olunmasını xahiş edirik. Bizim birgə səylərimizlə bu nəticələrə nail olmuşuq, epidemioliji vəziyyət və dünya praktikası öyrənilərək yumşalma prosesi başlayıb".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: OperativQərargah   Karantin