İctimai nəqliyyatın hərəkəti iki günlük dayandırıldı

  15 Avqust 2020    Oxunub : 3344
   İctimai nəqliyyatın hərəkəti iki günlük dayandırıldı
Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.
Azvision.az xəbər verir ki, 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Bundan əlavə, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.

Azvision.az

Teqlər: Avtobus   Nəqliyyat