Reanimasiyada olan xəstələrin sayı 200-dən aşağı düşdü

   Reanimasiyada olan xəstələrin sayı 200-dən aşağı düşdü
  14 Avqust 2020    Oxunub:3624
Azərbaycanda koronavirusla bağlı 14 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7969 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 820 min 2-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 197, süni tənəffüs cihazında olan xəstə sayı 37 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 34 min 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib. Aktiv xəstə sayı 2024 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti