Atasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Namiq Mustafayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.
11 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az